“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;“Hürriyyət”i-Iran deyərək, tacə yanaşdı,El: “şahlığı yıx”, – söylədi; amma ki, o çaşdı,Dırmaşdı sənin təxtinə, Iran, gözü aydın!

Toplandı nümayəndələrin məclisi-amə,Sən başladığın işləri çatdırdı təmamə,Möhtacmış Iran on üçüncü bir imamə,Qoydu yenə də köhnə tası köhnə hamamə,Fırlandı yenə köhnə dəyirman, gözün aydın!Əvvəldə dedim mən sizə bunlar bir oyundur,Işlər düzəlib getdi, çal, iranlı, toyundur.Məclis dedi: el bir sürü sağmalca qoyundur,Qalmış, deyəsən, bir neçə şalvar, di soyundur.Lazım deyil iranlıya yorğan, gözün aydın!

Ded-ded-de-demokrat de dedik, çıxdı şaşa şah,Əsrin dili gəlməz buna, yıxsın evin Allah!Əhsən Rza xan, “mersi” təşəkkür, bərəkallah!Dünya gülüyor sən də gül, iranlı, de hah-hah.Boş qalmadı axır qoca Tehran, gözün aydın!

Keçmiş Rza “xan”, layla çal iranlıya, de “yat”Iranda demişdim sənə oynanmada şahmat;Var səndə piyadə düzülüb qarşıya top, at.Sən “şah” dedin Iranda, saqın söyləməsin “mat”,Olmazsan əgər sonda peşiman, gözün aydın!

Hər il deyəsən Avropaya borcludur Iran,Bir köhnə Iran şahı və bir nargilə qəlyan.Borc verməyə tapdın, qoca Iran, yenə imkan.Bir xan yetişib dadə, yazıq, tutdu qolundan,Etdi sənə hər müşkülü asan, gözün aydın!Toplandı nümayəndələrin məclisə doldu,Tapdı sənə insafilə dərman, gözün aydın!Boş qalmadı təxtin bir igid çıxdı bu yandan,Dırmaşdı sənin təxtinə Iran, gözün aydın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire