Lovğalara

Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,Bilməyən yoxdur, yaman pis xəstəlikdir lovğalıq.Göz yumub, sən göz açınca, bil ki iş-işdən keçər,Beynini qaplar duman, pis xəstəlikdir lovğalıq.

Fərqi yox, həm yaşlıya, həm gəncə – o, yüksəkləriGörməyə verməz aman, pis xəstəlikdir lovğalıq.Təşkil etdirdin yetər, quyruqlu tərifnamələr,Sənətinlə ad qazan, pis xəstəlikdir lovğalıq.Mən Süleymana – edib cürət yovuşmaz bu mərəz,Məncə hər an, hər zaman, pis xəstəlikdir lovğalıq!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire