Tö’meyi-nəhar
Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör!
Hinində daldalanma çox, həyətdə də dolanma çox,Yiyəndəki bıçağə bax, o tiği-abdarı gör!
Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,Qazanda qəyqanağə bax, ocaqdakı şərarı gör!
Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlu tək,,Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör!
Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,Gərəkli gündə onların qıçındakı fərarı gör!
Amandır, uyma vaizin həlavəti-kəlamına,Əba-qəbanı qovza bax, içində zəhrmarı gör!
Bu əğniyalərin üzün görüncə ehtiyacdə,Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör!
Bu inteliklərin sözün gətirmə heç aralığa,Oları görmək istəsən, şərabı gör, qumarı gör!
Palitqadır hər işləri, alışları, verişləri,Olarda bir əməl fəqət quru, boş iftixarı gör!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-to-meyi-nehar
Use ← → keys to move, R for a random poem
More by this author
Səd şükr ki, yox indi bu saətdə mənim təkBir mö’mini-pakizə bizim kətdə mənim tək!
Kişi ("Durma, yıxıl yat hələ, Fahrat kişi!")Durma, yıxıl yat hələ, Fahrat kişi!Əsri görüb qalma belə mat, kişi!
Şahnamə ("Şəhim, tacidarım, qəvi şövkətim!")Şəhim, tacidarım, qəvi şövkətim!Mələk – ehtişamım, fələk – rüf’ətim!
Arzu ("Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!")Nə dərs olaydı, nə məktəb, nə elmü sən’ət olaydı!Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!