Mənim tək
Səd şükr ki, yox indi bu saətdə mənim təkBir mö’mini-pakizə bizim kətdə mənim tək!
Sabiqdə ki, əyyami-tüfuliyyətim idi,Əhli-nəzəri valeh edən surətim idi,Ərbabi-həvəs məsti-meyi-vüslətim idi,Vəqtə görə bir parə əməl adətim idi,Bir tifl ola bilməzdi ləyaqətdə mənim tək,Hacı əmulərlə ola söhbətdə mənim tək!
Vəqta ki, cəvan oldum, iyirmi beşə çatdım,Əvvəlki işin vəqti ötüşdü, onu atdım,Əmma demə tənbəl kimi bir guşədə yatdım,Açma işin üstün ki, nə aldım və nə satdım…Ancaq görüyorsan ki, bu saətdə mənim təkYox bir kişi dövlətdə bizim kətdə mənim tək!
Hər şüğl üçün ərbabi ilə durdum, oturdum,Hər seydi şikar etmək üçün damımı qurdum,Hər vəqtə münasib olaraq fənnimi vurdum,Tapdım yeni bir hiylə, olardan geri durdum,İndi baxasan cümlə cəmaətdə mənim tək,Haşa, görəsən bir kişi taətdə mənim tək!
Gördüm bu cəhan əhlini mən çünki məcazi,Əvvəlcə olub məşhədi, vongah hicazi,Hacdan qayıdıb aldım ələ şüğli-nəmazi,Saldım araya məs’əleyi-tulü dirazi,Gördüm ki, dəxi yoxdu həqiqətdə mənim təkBir mö’mini-pakizə bizim kətdə mənim tək!
Qare, sözümü dərk elə, gər varsa şüurun,Fənnin var isə örtüləcək cümlə qüsurun,Gər sadə isən min də əgər olsa hüzurun,Zülmət görünüb dideyi-müfsidlərə nurunTəkfir edəcəkdir səni, əlbəttə, mənim təkMin mö’mini-növsaxtə hər kətdə mənim tək!
Hasil, nə səyaq isə, bu saətdə mənim təkYox bir kişi hörmətdə bizim kətdə mənim tək!..
Хвала тебе, боже! Подобного мне не найти!Таких правоверных и в целой стране не найти!Вот помню: я отрок. Лица молодого чертыЗа мною повсюду влекут знатоков красоты.О встрече со мною кутилы лелеют мечты -И рву потихоньку я кое-какие цветы!Я видел, что мальчика, равного мне, не найти,Кто б в доме гаджи был со мной наравне - не найти!Когда же подрос я и стукнуло мне двадцать пять,От прежних занятий я стал кое-как отвыкать.Но всё ж не в безделье нашел я тогда благодать,Однако не будем истории темной вскрывать -Прошло и забыто!.. Подобного мне не найти!Кто, так же как я, утопал бы в казне - не найти!Принявшись за дело, к себе я скликал знатоков,И ставил я сети - и брал за уловом улов.Но время менялось - и я применялся без слов,Для новой затеи отречься от старой готов.И видишь: в народе подобного мне не найти,Кто здесь в благочестье мне равен вполне - не найти!Увидя, что ветрены наши святые мужи,Я стал мешади, а со временем стал и гаджи.Вернувшись из Мекки, сказал я: с аллахом дружи,Свой разум усердно с вопросами веры свяжи!Я понял: и вправду подобного мне не найти,Таких правоверных и в целой стране не найти!Читатель, пойми же, когда ты разумен, смышлен:Любой недостаток сокрыт хитрецом, затаен,Но честный пусть явит достоинств хотя б. миллион,Порочному глазу злодеем покажется он,Ему от проклятий пути к тишине не найти.Нигде лицемера, подобного мне, не найти.Подобного мне, хоть сгори ты в огне, - не найти!Нет, схожих со мною в почете, в цене - не найти!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-menim-tek-sed-sukr-ki-yox-indi-bu-saetde-menim-tek
Use ← → keys to move, R for a random poem
More by this author
Dindirir əsr bizi, – dinməyiriz,Açılan toplara diksinməyiriz;
Əksimə ("Zahidin əksimə düşcək nəzəri-xudbini")Zahidin əksimə düşcək nəzəri-xudbini –Görür ayineyi-safımda o bir bidini;
Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Yenə hər guşədə bir tazə cəmaət görünür!
Dün cəhənnəm vəsfini zahiddən eylərdim sualDün cəhənnəm vəsfini zahiddən eylərdim sual,Cənnəti ağzın açıb etdi mənə vəsfi-sifat;
Poems by other poets · Satire
Zəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Musiqi nəğməsinin çöldə eşitcək səsiniMusiqi nəğməsinin çöldə eşitcək səsini,Moliamız evdə oturduqda qulağın tıxıyır.
İmperyalistlər Tanca üzərində boğuşurlarYurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,