Yurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,Hər Şərqi istismar edib, getdikcə bərbad eyləriz,Dünya tanır nəslən-bə-nəsil, bizlər böyük əyanlarız,Sübh olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız.

Duyduq sərasər həpimiz «quyruq» iyi var Tancadə,İspanyamız çəkməz əlin iş bu boğazdan ölsə də,İngiltərə çoxdan bəri at oynadır bu sahədə,Adətdi qarışmaq bizə, biz də belə insanlanz,Sübh olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız.

İtalyamız baq qaldırıb, şərqə çevirməz «nəhs» üzün,Çoxdan plan qurmuş tuta şərqi təmamən «Musilin»,Cəmiyyəti Əqvama bax, imperiyalistlər bir «durbin»,Yeksər yıxılmışdır ki biz dünyayı tez səhmanlarız,Sübh olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız.

«Şərqə çevirmək» yüz bizə şimdi müqəddəs bir şüar,Cümlə Mərakeş ölkəsin etdi firənglər tarmar,«Tanca» ilə dür amalimiz şərqə çəkək möhkəm hasar,Bu məqsədə çatmaqla biz şərq əhlini zindanlarız,Sübh olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız.

Göstərməsin Allah əgər şərqli oyansa dəmbə-dəm,Qoymazlar əsla qərblilər şərqə ata bir də qədəm,İmperiyalistlər ol zaman şərqsiz tutar dərdi vərəm,Kimlər deyər bizlər həmən keçmişki ali şanlarız,Sübh olmamış vaxtsız xoruzlar tək dəmadəm banlarız,Leş üstə daim əlləşib yekdigəri böhtalarız.

"Şöhrət", 1926

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire