Bir məktəb binasının keçərkən qabağındanQəribə bir lövhənin şahidi oldum yenə.Qoparıb atmışdılar bir gülü budağından,Ürəyim parçalandı, hücum çəkdi dərd mənə.

A dostlar! Bu lövhəyə diqqətlə bir an baxın,İçini çəkə-çəkə ağlayan bu uşağınİslanıbdır dəftəri-kitabı göz yaşından,Kim bilir nə bəlalar keçib onun başından.Deyiləm biganə mən bu torpağın dərdinə,Dedim, əgər qalmasam bu uşağın dərdinəBağışlamaz el məni, alqışlamaz el məni.Silərək bir əlimlə körpənin göz yaşını,Yuxarı qaldırıram bir əlimlə başını.Soruşuram yavaşca: “Nə dərd üz verib sənə,Bahar çağındır, bala, danışsana, gülsənə”.Boğur, dinməyə qoymur zavallını hıçqırıq,Tökülür dodağından kəlmələr qırıq-qırıq.Gizlin deyil, əzəldən dünya ölüm-itimdir,Dedim, bəlkə, bu körpə kimsəsizdir, yetimdir.Bəlkə, ailəsində nə qardaş, nə bacı var,Bəlkə, bir şirin sözə onun ehtiyacı var.Dedim, işdir, bəlkə də, kəsilib dərslərindən,(Dalıb düşüncələrə bir ah çəkdim dərindən)Bəlkə, tədris haqqını ödəməyib zavallı,Bəlkə, dünəndən bəri şey yeməyib zavallı.Belə deyil, ey könül, ədalət divanı qur,Öyrəndim ki, körpənin günahı yalnız budur:O, Təbriz məktəbində vətənində, elində,Yoldaşıyla danışıb doğma ana dilində.Bir qara əl ağacdan qırıb budaqtək onuKüçəyə tullamışdır, unutma, şair, bunu!

Mənim qan qardaşımın gözlərinin işığı,Ömrünün yaraşığıBircə oğlu NərimanGözü yaşlı, bağrı qan,

Qoltuğunda kitablar, körpə qəlbində qəmlər,Qiymət dəftərçəsində xoşagələn rəqəmlər,Məktəbin qapısında durub səhərdən bəriSolğun yanaqlarında üç-dörd sillənin yeri!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland