Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.

Həmdlər xaliqi-bimislə ki, Şirvanı genə,Salmağa tazədən ol müğbəçə samanə gəlib.

Meydə yox ləli-ləbində olan asari-səfa,Sanma ki, gərdişə hərgiz belə peymanə gəlib.

Vərəqi-arizi-alın görüb ol lalə rüxün,Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib.

Maqta — the closing couplet bearing the poet’s pen name. Demərəm adını mən, bax səri-hər beytə bu gün,Bilisən Seyyid özün kimdi ki, Şirvanə gəlib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love