Ol lalərüxün işvəvü nazı çox imiş, çox,Üşşaqə onun suzü güdazı çox imiş, çox.

Mehrabi-dü əbrudə könül xeyli zamandırQalmış, bilirəm, razü niyazı çox imiş, çox.

Bir Kəbə degilmiş bu Səfa əhlinə qiblə,Məhbubi-həqin mülki-Hicazı çox imiş, çox.

Müddətdi ki, qıllam qədəmin daşına səcdə,Eşqin bu məqam içrə nəmazı çox imiş, çox.

Mən az bilirdim mənə ənamını yarın,Bu cövrü cəfanın, dəxi, azı çox imiş, çox.

Bu səltənəti-eşqdə Məhmud tapılmaz,Hər guşədə afaqın Əyazı çox imiş, çox.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yox dəhrdə bir kəs ki, ola arifi-həqbin,Seyyid, aradım eşqi-məcazi çox imiş, çox.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love