Zahida, ol sənəmin zülfi-çəlipasına bax
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Zahida, ol sənəmin zülfi-çəlipasına bax,Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax.
Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır,Tutduğu felini gör, verdigi mənasına bax.
Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin,İrsinə dik gözüvü, külçəvü həlvasına bax.
İstəyir cənnəti zahid bu qədər hiylə ilə,Əbləhin fikrini gör, dildə təmənnasına bax.
Dili-divanə sevən can tək o zülfi-siyəhi,Başının şurini gör, eşqdə sövdasına bax.
Maqta — the closing couplet bearing the poet’s pen name. Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz,Neyləyirsən əməlin, dildə təmənnasına bax.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-zahida-ol-senemin-zulfi-celipasina-bax
Use ← → keys to move, R for a random poem
More by this author
Çəkdi bir padşahi-xunxarə,Bir nəfər düzdi-müfsidi darə.
Oğluma xitab (Cəfər, ey sadəlövhü pakzəmir)Cəfər, ey sadəlövhü pakzəmir,Bil ki, vardır zənanda çox təzvir.
Məkri-zənanVar idi bir müsənnifi-adil,Elm dəryasi, mürşüdi-kamil.
Bəlx şəhərinin qazısı və dülgər hekayəsiBir zəni-işvəsəncü mərdfiribQaziyi-şəhri-Bəlxə oldu nəsib.