Baqqalın arvadının hekayəsi
Çəkdi bir padşahi-xunxarə,Bir nəfər düzdi-müfsidi darə.Əsəsə böylə oldu fərmani –Ki, ola üç gecə nigəhbani.Dardə qalsın ol dənitinət,Özgələr ondan eyləsin ibrət.Apara nəşi gər açıb bir kəs,Çəkilir darə ondan ötrü əsəs.İttifaqən əsəs edər qəflət,Nəşi əyyarlər edər sirqət.Olur agah ta ki mərdi-əsəs,Dağılır cüstü-cu üçün hər kəs.Dolanıb çölləri o şami-siyah,Bir işıqlıq görür əsəs nagah.Yetişib eylədi o dəm diqqət,Gördü qəbr üstə bir gözəl övrət.Dedi: – Ey nazənini-gülrüxsar,Ey şəbi-dacə mehri-pürənvar.Ey ləbin zülmət içrə abi-həyat,Ey sözün rizə-rizə qəndü nəbat.Çox təəccübdü, ey səhi-əndam,Nisfi-şəbdə tülui-mahi-təmam.Sən mələksənmi, ey pərisurət,Ya enib göydən ayeyi-rəhmət?“Leylətül-qədr”dir məgər ki, bu şəb,Yerə göydən nüzul edib kövkəb?Ey qılan tirə tələti mahi,Yoxsa sənsən pərilərin şahi?Bu təəccübdür, ey büti-fərxar,Nisfi-şəb söylə bu məkanda nə var?Açdı göftarə ləb o məhsurət,Nöqtəni qıldı qabili-qismət.Dəhənin açdı ol fəriştənihad,Sözləri yoxdan eylədi icad.Dedi kim, bu məzarıdır ərimin,Ol üzü gül, boyu sənubərimin.Eyləmişdik bu növ ilə peyman –Kim ki, ölsə qabaqca, dalda qalanEtməsin cüfti-axərə rəğbət,Olmasın özgə şövhərə övrət.İndi üç gün deyil ki, bu fazilRəhməti-iyzədə olub vasil.Mən məzarında şəm yandırıram,Yarımın ruhunu inandırıram.Dedi: – Ey nazənini-hurliqa,Eyni-bidətdir etdiyin sevda!Bu qədər kim, cahanda var övrət,Hansına üz verib bu keyfiyyət?Övrəti fövt olanda, hansı kişiBir bəyan eylə kim, tutub bu işi?Bu qədər nazəninim, olma əvam,Sən edən əmrə kim edib iqdam?Yoxdu bundan şəriətin xəbəri,Qoy əlindən bu nəxli-bisəməri.Kişi ölsə, ərə gedər övrət,Övrət ölsə, dəxi budur adət.Dedi övrət ki, ey rəşid cavan,Kimdir axır məni-həzini alan?Dedi: – Etsən qəbul, mən allam.Hər gecə qoynuma səni sallam.Dedi: – Mən raziyəm, di bismillah!Durdular olmağa rəvaneyi-rah,Oxusun qazi ta ki əqdi-nikah,Eyləsin onlara bu əmri mübah.Bir qədər getmiş idi ol gümrah,Nagəhan çəkdi ol əsəs bir ah.Düşdü meyyit xəyalına əsəsin,Dedi: – Heyf oldu, məhliqa, həvəsin.Olmuşam şahdən üzü qarə,Çəkəcək şəh səhər məni darə.Dedi: – Aya nədir günah sənə –Ki, qəzəb eyləyibdi şah sənə?Dedi: – Bir düzdü şahi-xunxarəHökm edib çəkdilər bu gün darə.Dardə üç gecə qalaydı gərək,Mən idim pasiban ona, bişək.Eylədim qəflət, olmadım huşyar,Bu gecə meyyiti oğurladılar.Axtarırdım o meyyiti, ey yar,Sənə oldum bu sərzəmində düçar.Dedi övrət: – Bu işdən eyləmə qəm,Vardır hər zəxmə bir gözəl mərhəm.Gəl çıxardaq bunu məzarından,Apar as, padşah darından.Meyyitin meyyitə var oxşari,Kim bilir böylə nazik əsrari?Dedi: – Bu fikri-bikrə səd əhsən –Ki, qutardın məni bu möhnətdən!Qazdı qəbri, çıxartdı baqqali,Gördü vardır üzündə saqqali.Dedi: – Ey nazənin, düzəlmədi hal,Ol cavan idi, bunda var saqqal.Dedi: – Bu səhldir, tapıb miqraz;Vurdu dibdən, üzari oldu bəyaz.Qırxdı saqqali-meyyiti o zaman,Ölünü qırx yaşında qıldı cavan.Aparıb çəkdi gecə darə əsəs –Ki, günüz fərq etmədi bir kəs.Meyyitin üç günü çün oldu tamamAçdılar, dəfn qıldılar axşam.Aldı ol övrəti-cavanı əsəs,Bu işə vaqif olmadı bir kəs.Neçə illər dolandılar xoşhal,
**Şadman “bilğüdüvvi vəl-asal”.Bir zaman oldu ol əsəs bimar,Mərgdən zahir oldu çox asar.Yığışıb yarü aşinası tamam,Dedilər: – Qıl vəsiyyətin əlam.Dedi ki, mən edən zamanda vəfat,Dəfn edin, verməyin mənə xeyrat.Hər nə məndən ki, qalsa malü mənal,Eylədim varın övrətimə həlal.Tapşırın etməsin behəqqi-xuda,Məni baqqal kimi ol rüsva.Çəkməsin nəşimi mənim darə,Qırxmasın saqqalım bu məkkarə.Dedilər kim, nə dar, nə baqqal?Etdi təqrir onlara əhval.Eylədi şərh macəranı tamam,Qaldı məbhut cümlə xas ilə am.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-baqqalin-arvadinin-hekayesi
Use ← → keys to move, R for a random poem
More by this author
Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur,Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur.
Kimin ki, sən kimi bir yari-sərvqaməti varKimin ki, sən kimi bir yari-sərvqaməti var,Qədin fədası olum, gündə yüz qiyaməti var.
Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbərGəldi fikrin könlümə, ya rəb, ola can bixəbər,Can çıxaydı cismdən əhvalə canan bixəbər.
Sinədən guşuma fəryadi-dili-zar gəlirSinədən guşuma fəryadi-dili-zar gəlir,Dərdi artıbdı, genə naleyi-bimar gəlir.
Poems by other poets
Azərbaycanımda yaxşı ki, varam,Söz gülüstanımda yaxşı ki varam.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Sənə deyim qoç igidin nişanınSənə deyim qoç igidin nişanın,Aça yağılarla meydan gərəkdi.
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,