Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər,Can çıxaydı cismdən əhvalə canan bixəbər.
Yandırır balü pərin pərvanə şəmə hər gecə,Suzişi-pinhandan ol şəmi-şəbistan bixəbər.
Vaqif olsaydım qoyarmıydım çıxa xət ruyüvə,Tutdu bu gülzarı ol xari-müğilan bixəbər.
Qafil oldun, ey münəccim, açmadın təqvimdə,Gərdi-xət qondu, tutuldu mahi-taban bixəbər.
Olma qafil haləti-üşşaqdən, ey murxət,Hiç hali-murdən olmaz Süleyman bixəbər.
Göz önün barmaqlarımla tutmuşam şamü səhər,Qorxuram nagəh ola aləmdə tufan bixəbər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Kamran idim visali-yardə Seyyid kimi,Saldı şövkətdən məni axırda hicran bixəbər.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-geldi-fikrin-konlume-ya-reb-ola-can-bixeber
Use ← → keys to move, R for a random poem
More by this author
Səndən ey Kəbeyi-üşşaq, səfa görmüş idim,Əhli-eşqi səri-kuyində fəda görmüş idim.
Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəmHər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm,Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm.
Şəbi-hicran o qədər naləvü əfğan etdimŞəbi-hicran o qədər naləvü əfğan etdim,Ta ki, çeşmi-fələki halıma giryan etdim.
Ta səhər şami-fərağın kövkəbəfşandır gözümTa səhər şami-fərağın kövkəbəfşandır gözüm,Əşki-gülgun içrə, ey bimehr, pinhandır gözüm.
Poems by other poets
Bir gəlinin gözlərinin,Yağışı öldürdü məni.
Çevri çoh u lutfı az u âzı nâzükdür an unÇevri çoh u lutfı az u âzı nâzükdür an unAzımuz çohdur azına azı nâzükdür anun
Qəribsədim uzaqlardaQəribsədim uzaqlarda,Könlüm-gözüm səni andı.
Bir məktəbdə imtahanİmtahan məclisi qurulmuşdur,Zalda skamyalar qoyulmuşdur