Sinədən guşuma fəryadi-dili-zar gəlir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Sinədən guşuma fəryadi-dili-zar gəlir,Dərdi artıbdı, genə naleyi-bimar gəlir.
Bildi, görsəm rüxi-alın fərəhimdən ölərəm,Şad-mərg etməgə öz aşiqini yar gəlir.
Qəmi-hicranə dedin, səbr elə sən, ey naseh,Sənə asan isə bu iş, mənə düşvar gəlir.
Hansı bir üzvüvi tərifə edərsəm iqdam,Əvvələn ağzıma ol ləli-şəkərbar gəlir.
Əsəri-badəni gör kim, yıxılıb məst oluram,Nə zaman fikrimə ol gözləri xummar gəlir.
Dil gəlir busə üçün dövri-xətində dərinə,Şərm edən sailə bənzər ki, şəbi-tar gəlir.
Ölməgim xoşdu rəqib ilə səni görməkdən,Gəzmə qeyr ilə, mənim qeyrətimə ar gəlir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, tari-səri-zülfü gözümdən getdi,Masiva, tarı bilir kim, gözümə tar gəlir.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-sineden-gusuma-feryadi-dili-zar-gelir
Use ← → keys to move, R for a random poem
More by this author
Dedi Məcnuna bir nəfər huşyar:Leyl əfzəldi, söylə, ya ki nəhar?
Fəqihin oğluna cavabıBir fəqihə öz oğlu etdi xitab,Dedi, key fazili-büləndcənab,
Oğluma nəsihət (Ey oğul, alim olsa xoştinət)Ey oğul, alim olsa xoştinətMali-dünyayə eyləməz rəğbət.
Qonağın macərasıBir fəqir oldu bir fəqirə qonaq,Bir evi var idi necə çardaq.
Poems by other poets · Love
Bülbül idim, gülə həsrət,Qaldım dolana-dolana.
Necə ömür eylər insanlar...Hamı laqeyd olub daş tək, hamı biganəyə dönmüş,Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,