Bir fəqir oldu bir fəqirə qonaq,Bir evi var idi necə çardaq.Çox zəif idi pərdisi, dirəyi,Qonağın düşdü qorxuya ürəyi.Bərk şaqqıldayırdı damü dirək,Dedi bu ev yəqin uçar bişək.Dedi ev sahibinə ol bidil:– Mənə bir ayrı yerdə ver mənzil.Qorxuram ki, bu ev ola viran,Məni torpaqə eyləyə yeksan.Dedi ev sahibi ki, ey dərviş,Qorxudan olma böylə sən dilriş.Sənə mən eyləyim bunu təsrih,Həqqə bu xanə eyləyir təsbih.Dedi: – Bəs qorxuram olam nabud,Həqqə bu xanə eyləyəndə sücud.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets