İbn-Süfyanə Şamdə bir şəbMehman oldu bir fəsih ərəb.Quzu büryani düzdülər xanə,Ol ərəb əkl edirdi şiranə.Quzunun parçalardı əzasın,Sındırıb kəlləsin, qabırqasın.Bunu çün gördü zadeyi-Süfyan,Dedi kim, ey rəşid olan mehman!Bu quzuyla xüsumətin var imiş,Görünür kim, ədavətin var imiş.Səni buynuzlayıb atası bunun,Ya ki bir xişü əqrəbası bunun?Dedi kim, ey xəlifeyi-dövran,Oldu büryanə xatirin büryan?Bəs sənə süd verib anası bunun,Yoxsa yoxdur bir iqtizası bunun?Bu hekayətdən ötdü bir saət,Yenə tapdı Müaviyə fürsət.Dedi: – Löqməndə, ey ərəb, tük var,Eyləmə qəflət, olgilən huşyar.Löqməni saldı, durdu mərdi-ərəb,Sanki divanə oldu, etdi qəzəb.Yeməyib, bəzmdən çıxıb getdi,İbn-Sufyanı şərmsar etdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets