Var idi şəhri-Reydə bir qarı,Duz yerində satardı ol qarı.Ümmi-təlbisü madəri-təzvir,Hiyləsindən dolub bu aləmi-pir.Bir cavan oğlu var idi ziba,Baği-izzətdə bir güli-rəna.Qonşudan bir gün ol rəsidəcavan.Bir yumurta oğurladı pünhan.Sirqətə gərçi ol deyildi həris,Nənəsi eylədi onu təhris.Əvvəl olmuşdu gər nihan oğru,Aqibət oldu bir yaman oğru.Rahzən, düzd, şəbrövü əyyar,Oldu axır həramilər ilə yar.Əhli-divan etdilər tədbir,Ta ki ol novcəvan oldu əsir.Şah hökm etdi ki, çəkin darə!Şahə yalvardı kim, o biçarəİzn ver bir zaman anam gəlsin,Ölürəm, ta ki halımı bilsin.Anasın gördü ol günüqarə,Çəkdi ağuşa, yetdi didarə.Dedi: – Ey madəri-həmidəxisal,Dilüvü lütf eylə, ağzıma sal.Ölürəm çünki iştiyağından,Ta öpüm bir o dil-dodağından.Dilini verdi ağzına madər,Onu üzdü dişiylə ol sərvər.O qarı etdi naləvü fəryad –Key haramzadə, de nədir bu fəsad?Şəh sual etdi surəti-hali,O cavan şahı eylədi hali,Dedi: – Ey şah, ibtidadə əgərMənə olsaydı bu nəsihətgər,Oğru olmazdım, ey şəhi-vala,Mənə yetməzdi hiç böylə bəla.Bəs anamdır bu möhnətə bais,Bu qəmü dərdü zillətə bais.Bu səbəbdən mən, ey şəhi-dövran,Eylədim ol ləini qəti-lisan.Bir lisan xeyrə olmasa guya,Ona lazım gəlir bu gunə cəza.İlahə xoş gəldi bu lətif kəlam,Eylədi ol cəvanə çox ikram.Oldu qəmdən xilas o biçarə,Ədli-şəh çəkdi qarını darə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets