Kilki-qüdrət ilə katibi-qəzaLövhi-cəbinində iki tağ çəkib.Elə ki, yetişib ala gözlərə,Hər birisin qaynar bir bulaq çəkib.

Olan səyin verib ləbü dəndana,Onun üçün munca nəfi var cana.Əzib ləli, qatıb abi-heyvana,Qənd ilə yoğurub dil-dodaq çəkib.

Xubları çəkibdir şəhbazi-qəşəng,Cilvəsində afət, qəmzəsində cəng,Qaşü gözü xəttü xalı siyəhrəng,Gərdəni, sinəni, üzü ağ çəkib.

Düzübdü səfheyi-rüxsarına dən,Damü-geysulərə ilişir görən.Xubları çoxbilən, məkkarü pürfən,Aşiqi miskini sadə-saq çəkib.

Zakirinəm, ey bavəfa dilborim,İntizar çəkməkdən yanıb cigərim;Qoy baxsın üzünə həsrət gözlərim,Müddətdir yolunda iştiyaq çəkib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets