Etdi Məcnun kimi şeyda məni bir Leylicəmal,Türki-xəncərkeşü aşiqküşü pürşurişü qal,Saldı səhralərə heyranü pərişanəhval,Qəmi-hicrində dili-zarə yox ümmidi-vüsal,Səxt müşküldü günüm keçsə əgər bu minval.

Bərq urar zülfi ara mahi-münəvvər təki ru,Haləvəş dairəsin sərbəsər almış geysu,Çəkilib lövhi-cəbinində dü taqi-əbru,Nə əcayib, nə qərayib, nə təmaşadır bu,Kim görübdür ola ayda iki tazə hilal?

Çəkməyib kitabi-qüdrət belə bir hüsni-həsən,Lalə rux, kiprigi ox, qəmzəsi şux, qönçədəhən,Hər səri-muyi könül qcydinə bir dami-rəsən,Müttəsil xaneyi-zənbur kimi çahi-zəğənDili nalan ilə yeksər doludur mala-mal.

Gözləri türki-siyəh-məst, yaman gözdən iraq,Əyilib yay qaşı, peyvəstə veri guşə qulaq,Bədəni balişi-pərqu kimi nazik, yumşaq,Qoynudur Kəbə – ziyarətgahi-xeyli-üşşaq,Asılıbdır iki püstan ona qəndil misal.

Qəd səhi, zülf siyəh, sinə fərax, incə miyan,Naf bir təxteyi-ac yzrə bilurin fincan,İki zanuləri bişübhə sütuni-iyman,Bir əcəb qönçeyi-nəşükurtə dü şax içrə əyan,Yetdi nazik yerə iş zikri bəsi əmri-məhal.

Bərf üzrə peyi-ahuyi-xütəndir, bilmən,Ya sədəf içrə əyan dürri-ədəndir, bilmən,Gənci-simindir..., ləli-yəməndir, bilmən,Yoxsa minqari-həzarani-çəməndir, bilmən,Vardır ovsafi-sifatında onun çox əşkal.

Misli-şərayi-yəmani ... pür ənvar,Yəni aramgəhi-canü dili-əhli-nəzər,Topuğu beyzeyi-nimpüxtə kimi tazəvü tər,Zakira, nazik əyaq üzrə bəyaz əngüştlərGör olub rəngi-hənadan nə gözəl rəngin, al!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets