Qadir Allah bir də səbəb salaydı,Bəyaz cəbinində tağı görəydim.Sürtəydim üzümü gülgəz yanağa,Siyah zülfü, tər buxağı görəydim.

Səs-səsə verəydi həzarə, bülbül;Xuraman-xuraman, əllərində gül,Gəzəydin hər tərəf bağı, görəydim.

Bu dövran dolanıb, zəmanə dönə,Tarının kərəmi olaydı mənə,Oturub səninlə dizbədiz gənəDeyib, gülüb, danışmağı görəydim.

Dərdü qəm çəkməkdən qan olub cigər,Gətirən yox nazlı yardan bir xəbər.O qədər ölməyəydim mən, müxtəsər,Gənə o gördüyüm çağı görəydim.

Zakirəm, çəkərəm cövrü cəfanı,Yadlar ilə sürər zövqü səfanı;Nə gərək sevəydim ol bivəfanı,Nə də belə hicran dağı görəydim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love