Ha deyirsən gələcəyəm, gəlməzsən
Ha deyirsən gələcəyəm, gəlməzsən,Bu qədər insanda ayılan olmaz.Sənin qəmzən kimi xəncəri-xunriz,Mənim bağrım kimi ayılan olmaz.
Bir yerdə ki, şərh eyləyə araya,Arif gərək o mənanı araya,Saqi oldun sən ki, düşdün araya,Dəxi bu məclisdən ayılan olmaz.
Dərin dərya kənarında yaqusən,Tök rəqibin gözlərinə yaqusən,İnsafi yox, qəzəği yox yaqusən,Hərgiz sənə mayil ayılan olmaz.
Neçə aşiq can veribdir dərində,Neçəsi də pabəstədi dərdinə,Muradımız hasil xaki-dərdindəYatarıq illən, ayılan odmaz.
Sonalar gölləri bulanıq olar,Piltə cismim yanar bulanıq olarGörəndə Zakiri bulanıq olarZülfün kimi bədxu ayılan olmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-ha-deyirsen-geleceyem-gelmezsen
Use ← → keys to move, R for a random poem
More by this author
Dili-üşşaqə gərçi qeydi-zülfündən fərar olmaz,Götürmə bəndi zəngirin, əsirə etibar olmaz.
Dün eylədim nəzarə bəsi lalə dağınaDün eylədim nəzarə bəsi lalə dağına,Gəlməz o dağ, daği-dərunum ayağına.
Dün hökm qıldı qətlimə ol şəh itab iləDün hökm qıldı qətlimə ol şəh itab ilə,Şad eylədi gədasını bu xoş cavab ilə.
Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz!Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz!Edər məşuqdən aşiq, budur adət, xudahafiz!