Dün eylədim nəzarə bəsi lalə dağına,Gəlməz o dağ, daği-dərunum ayağına.

Gəlmişdi bəhsə, teyyi-mərahil qılıb günəş,Qoydu rüxün yetən kimi eybin qabağına.

Bir pakzadi-nadirəsən, almayıb hənuz,Sən kimi tifli mədari-giyti qucağına.

Ver guşimal mehrə ki, çox xudnümalənir,Əzbəs ki, bir yol adı dəgibdir qulağına.

Əzmi-çəmən qılır bu gün ol sərv, qorxuram,Bərgi- hənəvü gül dolaşa əl-ayağına.

Ömri-dirazdır, çəkirəm zülf pəncəsin,Bir tari-muyə keçmədi könlüm darağına.

Əksi-ləbin səadətini bulmasaydı mey,Meyl eyləməzdi heç kəs ol qan çanağına,

Versin nə növhadisə üz versə Zakirə,Müşküldü səbr yari-əzizin fərağına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love