Bəylər, nə layiqli Xan qulluğunaBir kəs atlı gedə, piyadə gələ?İldə bir yol düşür mənim güzarım,Vay onun halına ziyadə gələ.

Böyüyün dərində lazımdır dərban,Axşamdan ola bəndeyi-fərman;Təmənnasız gələn olur-peşiman,Gələ gör bir adam muradə gələ!

Oğurluğa əcəb olubsuz mötəd,Həmrahi-birahın dad əlindən, dad!Gələndə şad gələr, gedəndə naşad,Hər kimsə ki, sizin bərbadə gələ.

Gəlməyən adama deyirsiz: gəlin!Müşküldür qayıtmaq ayağı yalın.Mən yenə qıvrağam, AdıgözəlinGərək dalısınca ərradə gələ.

Məsəli-məşhurdu: "quş dənə gələr",Sizdə bir nəf yox səvayi-zərərGəlməz o qapıya heç kimsə məgər,Horadiz, Quyucaq fərdayə gələ.

Bundan sonra girən xanın evinə,Gərək başmaqların soxa cibinə,Ya keçirə saf otağın dibinə.Nə isə mühəyya, amadə gələ.

Lazımdır tərəddüd xeyirdə, şərdə,Ydalət üzünə çəkibsiz pərdə,Bir təziyə olsa, xudanəkərdə,Gümanım yoxdur ki, molla də gələ.

Bir adam təyin et asitanəyə,Yaxşını, yamanı görcək tanıya;Nə eşiyə, nə də qəhvəxanəyə,Qoymaya hər yetən ... dadə gələ.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets