Nə xoşdur bir nigarın müddət olmaq intizarında
Nə xoşdur bir nigarın müddət olmaq intizarında,Qoyub baş xakə, yatmaq həsrət ilə rəhgüzarında,Axıtmaq əşki-xunin yadi-ləli abdarında,Uyub ahulərə, gəzmək qomi-çeşmi-xumarında,Düşüb axırdı rahı, ola mehman kuyi-yarında.
Ənisi-dərdü qəm aşiq olub məşuqinə vasil,Səri-zülfün tutub, almaq üzündfn buseyi-kamil,Arada pirəhəndən qeyri əsla olmaya hail,Bəqədri-qüdrətü qüvvət edib məqsudi-dil hasil.Xülasə, qoymaya bir kəsrü kəm itmami-karında.
Gecə əsnayi-söhbətdə binayi məkr edib xəlvət,Səhər vəqti qonum-qonşu arasında sala şöhrət,Filani xəstəhal olmuş, yox onda getməyə qüdrət,Genə o gecə, ol gün gərm ola həngameyi işrət,Bu şərt ilə ki, bədxah olmaya qürbü civarında.
Tuta aram dil mürği şikənci-dami-geysudə,Nişimən eyləyə misli-kəbutər taqi-əbrudə,Komani-tonədən eymən, xədəngi-qəmdən asudə,Qoyub bir ləhzə baş pərqu mütəkkavar zanudə,Tamaşa eyləmək zülfi-səmənsayə üzarında.
Oturub dizbədiz almaq hənalı dəstini dəstə,Gəh öpmək, gahi də qoymaq iki həsrət gözün üstə,Danışmaq macəroyi-hicrdən ahəstə-ahəstə,Hekayət eyləmək bir-bir o şuxi-çeşmi-sərmstəBəlalər kim, gəlibdir başına firqət diyarında.
Qələtdir, dişləyib şəkkər ləbin əhli-günah olmaq,Nə lazım çakərə artıq müzahim-hali-şah olmaq,Götürmək boynuna öz cürmünü özü güvah olmaq,Düşüb yalvarə-yalvarə yanınca üzrxah olmaq,Çıxıb birdən fərar etsə məzaqın girü darında.
Şəbi-axırda mütləq bir zaman fövt etməmək fürsət.Məbadə, qoymaya dövran, verə üz bir də bu dövlət,Deyib dincəlməmək ol gecəni əlbət, həzər əlbət,Üz üzdə, qol boyunda, əl zənəxdə, yəni bir saət,Təğafül etməyə ta sübhədən busi kənarında.
Səhər tezdən durub, bidarü huşyar olmamış aləm,Qoyub ortaya ol sərvi dolanmaq başına bir dəm,Yenidən and içib, həm əhdü miysaq eyləmək möhkəm.O ahuyi-Xətadən ayrılıb naşad, naxürrəm,Genə Zakir tək olmaq hər zaman fikri-şikarında.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-ne-xosdur-bir-nigarin-muddet-olmaq-intizarinda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Çox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
SaldınQulun ollam binalı yar,Məni gözdən nədən saldın?
به معنی چون شود صورت مزینچو قصری باشد از خورشید روشن