Heç bilməzəm nəəqt vəqtədən sevdiyim,Gözlərim yolunu bu saqi nədi?Sən də bir insafa gələcəksənmi,De görüm sözünün bu saqi nədi?

Girib meyxanəyə xumariyəm mən,Tutmuşam zülfünlə xumariyəm mən.Şəhla gözlərinin xumariyəm mənDəxi bu piyalə, bu saqi nədi?

Qarışıb çeşmimin abi cananə,Pəyəndaz etmişəm abi cananə.Yüz kərrə can verdim abi cananə.Bir kərrə istədim bu saqi nədi

Yaşılbaş sonasan, üzqan eylərsən,Aşiqlər canını üzqan eylərsən.Hər qiya baxanda üzqan eylərsən,Bilməzəm dərində bu saqi nədi?

Neylədi, Zakirdən dəndanə yüzin,Həbəşi xalların dandanə yüzin,Necə tab gətirsin dəndanə yüzinBir məgəs pərilə bu saqi nədi

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love