Nə müddətdir dost yolları
Nə müddətdir dost yollarıBağlanıbdır, xəbər gəlməz.Nə bir namə, nə bir qasid,Heç biri, müxtəsər gəlməz.
Yazaram, eylərəm minnət,Gah aşikar, gahi xəlvət.Yəqinimdir o bimürvətHəqdi, gəlləm deyər, gəlməz.
Hərdəm artırır qəzəbin,Soruşan yoxdur səbəbin;Yad etməkdən ləlbi-ləbinDöndü qanə cigər, gəlməz.
Xəbər aldım dönə-dönə,Yar qəhrin çəkən kimsənə,Əlhəqqi, çox dedi genə;Bivəfadan səmər gəlməz.
Lütf eylə Zakiri-zarə,Baxma təneyi-əğyarə,Qiyamət qopsa, xublarəAşiqindən zərər gəlməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-ne-muddetdir-dost-yollari
Use ← → keys to move, R for a random poem
More by this author
Gözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
Maddeyi-tarixYatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
Poems by other poets · Love
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Ey navəki-şövqin sipəri-sineyi-əhbabEy navəki-şövqin sipəri-sineyi-əhbab,Zülfün xəmi ərbabi-vəfa seydinə qüllab!
Niçin?Bən niçin məsti-eşqi-yar oldum?Bu nə xülya ki, bən düçar oldum?
Söylə hardasanƏcayib sevdaya düşdüm, allahım,Ölürəm, ilqarım söylə, hardasan?