Söylə hardasan
Əcayib sevdaya düşdüm, allahım,Ölürəm, ilqarım söylə, hardasan?Bilmirəm dilbərim nədi günahım,Təbibim, loğmanım, söylə, hardasan?
Bir bağban olmuşam, bağ bar gətirmir,Əkdiyim gülləri torpaq bitirmir,Mən çəkən yükü heç fil də götürmür,Ey nazlı ceyranım söylə, hardasan?
Sevdasız günlərim yadıma düşür,Cismim də, ruhum da, titrəyir üşür,Hər dəfə ömrümdən bir yarpaq düşür,Xınalı maralım, söylə, hardasan?
Axtardım sevdamı günüm il oldu,Hara qədəm qoydum ora, gül oldu,Heydər eşq odunda yandı kül oldu,Mehriban soltanım, söylə, hardasan?
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-heyder-soyle-hardasan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
VurulsunGözlərində yüz cəhənnəm odu var,Dodağında yüz cənnətin dadı var,
O bilər – mən bilərəmBivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
ŞairDəhrin fəna mübarizəgahi-həyatına,Hökmi-qəza əlilə atılmışdı bir səbi.