Bir küncə qısnayıb sıxırlar məni,Nə betər gəlibdi zamana, bax - bax!Ümidsiz, köməksiz ortadayam mən,Dağları bürüyən dumana bax - bax!

Gəzdim, dolandım mən bu boş dünyanı,Nə çoxdu boş lafı, vədi, hədyanı.Müxənnət artıbdı - bilinmir sanı,Göylərə yüksələn amana bax - bax!

Bizimki gətirmir - belə görmüşəm,Mal - mülkü vermişəm yelə, görmüşəm.Göz yaşım dönübdü selə, görmüşəm,Məndəki xəyala, gumana bax - bax!

Hanı mərd kişilər, meydan boş qalıb?!Səxavət yox olub, mürvət azalıb.Bucaqlar boşalıb, ocaq sozalıb,Kef çəkən namərdə, yamana bax - bax!

Dərd - bəla azalmır nə qədər desəm,Fələk durma deyir elə qəm yesəm.Heydər, mən də axı soylu bir kəsəm,Gəlmişəm həm dinə, imana bax - bax!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets