Sənəm gəl
Ey nazənin, ərin salam söylədi,Hayıfsan bisahib qalma, Sənəm, gəl.Inan sənsən bu ellərin gözəli,Məcnunu çöllərə salma, Sənəm, gəl.
Bu bir gözəl tərlan kimin yarıdı,Ağ məmələr Ərzincanın narıdı.Sinən şəfa verən dağlar qarıdı,Yazığın canını alma, Sənəm, gəl.
Cimcimədi o Düzkəndin torpağı,Orda mərəz tapmaz insanın sağı.Sənəm sənsən qızıl gülün yarpağı,Bulud tək tutulub dolma, Sənəm, gəl.
Getdiyim bu yollar haqqın yoludu,Bil ki, Aşıq Heydər Kəntər quludu.Görürəm, cavansan canın suludu,Tağında saralıb solma, Sənəm, gəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-heyder-senem-gel
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,
GəlirTarıma çəkilmiş simə bənzə sən!Titrə bir yarpağın titrəməsindən.
OlaHər yetən gözələ “gözəl” demərəm,Gözəldə gərəkdi işvə-naz ola.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.