Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,Qeyri dindardı ya dindar, o bilər - mən bilərəm.

Məni cadulər ilən salma gözündən o gülün,Çalma kandarıma mismar, o bilər - mən bilərəm.

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,Dedi ki, eyləmə israr o bilər - mən bilərəm.

Dəstəmazım gözümün yaşı namazımdı muğam,Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,Gahi ordan yerə çırpar, o bilər - mən bilərəm.

Can alanım ikidir, göydə fələk, yerdə mələk,Desələr hansıdı qəddar, o bilər - mən bilərəm.

Pünhanın eyblərin yarə gedib kim saydı,Kimə nə, eybi əgər var, o bilər - mən bilərəm.

20 iyun, 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love