Yenə dərd içində Pünhan oturub varaq başında,Döşəyir acı həqiqət sınacaq çanaq başında.

Bu zavallı, dərdli xəlqin, kədəri, qəmi, əzabı,Yığılıb gəlib bu axşam, doludur qonaq başında.

O Qarabağın maralı bulaq üstdə can verəndə,Bulağın gözü tutuldu, o gecə, o dağ başında.

Kəsilib cavan yaşından, yekə bir bulaq başından,Hələ on əsr də keçsə, qalacaq qulaq başında.

Başaçıq Qarabağımçün təzə «şapka»lar tikirlər,Dedilər gələn əsrdə olacaq papaq başında.

Öz «Ocaq» kitabı ilə, Zamanın cavabı ilə,Yanacaq cəhənnəm içrə, Balayan ocaq başında.

Yenə «Qulp»a çıxdı Pünhan, döşəsin acı həqiqət,Vurasan ona dubinka, qoyasan yamaq başında.

20 mart 1999. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland