Saldı heyhat cahan mülkünə şöhrət bahalıq,Bir para xalqa verir xeyli əziyyət bahalıq.

Bivucudi bu ki, hər ğələ firavan görünür,Un düyülən dolub anbarlə dükan görünür,Dəxi müşkül bu işin çarəsi asan görünür,Salıb ortalığa xalq etdiyi dəhşət bahalıq.

Dövlət əhli özünə cəm qılıb rahi-məaş,Tökülüb kasıb biçarələrin başına daş,Gər çörək tapsa nahar vaxtı bir axşama aş,Füqəraya gün-gündən verir zillət bahalıq.

Nazil olmayıbdı hələ ölkəmizə dərdü bəla,Vay o gündən ki bəla yer üzünə nazil ola,Göstərə öz bu zaman əhli üçün qəhtü-qəla,Pənah Allaha əgər eyləsə şiddət bahalıq.

Sübhdən şama kimi eylərsə hər kəs hərəkə,Nə qədər kim qazana, olmayacaqdır bərəkə,Bu bahalıq salan əşxas gedərlər dərkə,Olacaqlar hamı müstovcibi-lənət bahalıq.

Gündə min yük düyü və on gələn tək qapana,Həzərat düyüçilər salıb qapan-qapana,Bir din yox, cilovin çək gələn atın çapana,Qoymayın belə yol eldə qala bidət bahalıq.

Bilmiyür çox qocalar kim nədir adabi-namaz,Tanıyır cümlə cavanlar nədir tənbur-ü saz,Tüxi aludei-üsyan, acı çün pusti-piyaz,Tapılır çox belə əyyamdə nəkbət bahalıq.

Neçəsi badəxor-u təryaki və bəngi olub,Neçəsi mütrib-ü tənburzən-ü çəngi olub,Qalanın əhlərinin çoxu həm rəngi olub,Xalq arasına salıbdır belə millət bahalıq.

Dövlət əhli girəvə vaxtı dü dövlət qazanur,Molla biçarə zəkat istəsə töhmət qazanur,Hərə bir molla dutur xasə ki rüşvət qazanur,Kasıbın başına saldı daşı xəlvət bahalıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland