(Arış) mülkünün Muğan tayındaBir dilbər-məh cəmalı sevmişəm,Ala gözlərinə mail olmuşam,Üzündəki xətt-u xalı sevmişəm.

Əyrilikdə qaşı oxşar kamana,Kirpikləri bənzər tiri-sinanə,Sad-parə cismimi eyləyib nişanə,Üçdallı oxtallı sevmişəm.

Qaralıqda bənzər turrəsi şama,Könlümün quşunu salıbdır dama,Mən döndüm Bəhramə, o gül əndama,O səbəbdən bu qəzalı sevmişəm.

Ləbi meykun cəmalıdır meyxanə,Qaşı yayı gözləridir peymanə,Bir adı mey, birisidir (Məstanə),Adından olmuşam halı sevmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love