Könül cavanlaşır əlli sinində,Sevgili alagöz yarı görəndə.Xəstə könlüm görün nə hala düşür,Yay zamanı dağda qarı görəndə.

Qəsd eyləməz, zalım, insan insana,Dərdindən, vallahi gəlmişəm cana.Ovçunun ürəyi dönməzmi qana,Tordan uçan bir şikarı görəndə.

Abdulla, könlündə dərd çatıb yüzə,Qəsdin yoxsa məni salmaqdı düzə?Çirkinlər rübəndi bürüyər üzə,Sən bürünmə vəfadarı görəndə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love