Zimistan zəhmətin çəkəndə sənin,Yenə aşiq olub ağ gülə-gülə.Dolanıb bağçanı, gəzirdi bağı,Çəkib sinəsinə dağ gülə-gülə.

Gözəlin ləzzəti qaşı, gözdədi,Atdı, xədənginin oxu bizdədi.Demək olmaz gəlindədi, qızdadı,Alıblar canımı bax gülə-gülə.

Qaşın cəllad, gözün mənnən yağıdı,Qoynun içi səkkiz cənnət bağıdı,Yazıq Sənətkarın məlul çağıdı,Bilməyib yandırır sağ gülə-gülə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets