Gülə-gülə
Uca boylu, şirin dilli bəxtəvər,Qalırsan qaydıma qal gülə-gülə.Gecə-gündüz mən çəkirəm ahu-zar,Alırsan canımı al gülə-gülə.
İnciyəm gözəlin beyilqarından,Hazar müxənnətin etibarından.Hicran sənətindən, qəm anbarından,Yükləyibsən mənə bol gülə-gülə.
Əyləşəydim, yar yolunda qalaydım,Yalvaraydım, bir könlünü alaydım.Abdullayam, bir az cavan olaydım,Salaydım boynuna qol gülə-gülə.
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-gule-gule-2
Use ← → keys to move, R for a random poem