Mollalar
Varlılara yaltaqlanır,Atıb imanı mollalar.Danışır, vəsf eyləyir,Hərdən İranı mollalar.Xorasanı, gah Qəzvini,Təbriz, Tehranı mollalar.
Dəm vurur mövhumatdan,Qatır aranı mollalar.Kəndlilər ayılıbdır,Keçib mollanın bazarı.Daha heç kəs inanmayır,Artıbdı dərdi, azarı.Düşməsin heç mahala,Müftəxorların güzarı.Üz görüb rüşvət alır,Satır imanı mollalar.
Dövran yaman dəyişibdir,Yıxıb xain obasını.Bax, Abdulla heç gözləmir,Qorxu, nəzər duasını.
Lazım budur yox eyləyək,Mövhumatın yuvasını.Fitnə-fəsad yuvasıdır,Deyir yalanı mollalar.
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-mollalar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Xalq mahnısıSonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.
SəbirTa gəlirik biz də bir az anlayaq, –Məhzəri-irfanda vurur tək səbir.