Yazgülə dastan yazıram,Küllü bu cahana dəyər.Qaş qara, gözlər ala,Sibi-zənəxdana dəyər.Tökülüb şahmar zülfü,Dal gərdəndə yana dəyər.Ağ üzündə qoşa xalı,Ləli-bədəxşana dəyər.

Bir ox dəyib sinəm üstə,Bağlamasa qanım gedər.Səf düşdüm, səbb eylədim,Hər yana gümanım gedər.Sərindən bir muy əyilsə,Elə bil ki, canım gedər.Əsməsin badi-sərsər,Tellərinə şana dəyər.

Yanında yoldaşları var,Qoyun isnat verim barı.Birisinin adı Əsmər,Birisinin adı Zərri.Qoy könlünə yer gəlməsin,Ata bilsin Sənətkarı,Müxtəsəri mən nə deyim,Yusifi-Kənana dəyər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets