Bəndəni əfv eyləyə millət gərək,Məbədə-meyxanə dedim, bilmədim,Başini divarə vurub, sındıranAqilə-divanə dedim, bilmədim.

Mən nə bilim qarğa xoşavazmış?Bayquşa bayquş demək olmazmış!Təlx idi övqati-şərifim bir azBayquş o heyvanə dedim, bilmədim.

Gördü filankəs yuxuda bir gecəQolboyun olmuş yatıri hur ilə.Sərxoş idim şireyi-əngur ilə,Uyquya-əfsanə dedim, bilmədim.

Bığ və səqəl söhbətin əldən salın,Eyləməyin zümm o qızıl dişləri,Əsrimizə lazım olan işləriÖyrədin oğlanə-dedim, bilmədim.

Düşməni-din göydə gəzir quş kimi,Məbədi viran edəcəkdir, əyil!Kəs səsüvi, başuva bir çarə qıl,Qareyi-Quranə-dedim, bilmədim.

Görcək əlində qəzetə Cəfərin,Rəngi pozuldu, sırığı korladı,Qeyzə gəlib bomba kimi gurladı,Ağzına qorxanə-dedim, bilmədim.

Vizri, vəbalı, günəhi boynuma,Məşdi, canım ver pulunu aclara!Peykəri üryanlara, möhtaclaraGetmə Xorasanə-dedim, bilmədim.

Hacı dadaş, salma özün zəhmətə,Ver o pulu milləti-bidövlətə,Kafər əgər borc verə bu millətə,Bənd olar İranə-dedim, bilmədim.

Uymuş əcəb qəflətə qardaşlarım,Çorta gedib, sübhü məsa yuxlayar.Mən elə bildim ki, o sir saxlayar,Sirrimi qəlyanə-dedim, bilmədim.

Atdı əlin qaimeyi-xəncərə;Durdu beş-on vurdu məni-müztərə.Mən elə bildim ki, o söz yaxşıdır,Yatma-müsəlmanə dedim, bilmədim.

On iki il ağlamışıq müttəsil,Bu günü bayramdı, gəlin bir gülək.Bəndeyi-bitəcrübeyi-kəməqilBu sözü nadanə dedim, bilmədim.

Dosta deyər dost xətiyyatınıKi, edə islah üyubbatını,Dinü vətən düşməni zənn eylədim,Möcüzə biganə-dedim, bilmədim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets