Sizə mən neyləmişəm
Başıma zülf qoyub saqqalı yoldurmamışam,Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam,Cəddizin vəqf suyun mülkümə saldırmamışam,Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?Bir qran pul apanb dövləti-İran dəridən,Zülm edir firqeyi-qəssabə, utanmır tandan,Möhri-zibhiyyə alır bac ölüdən, həm diridən,Mən belə zülmü sitəm xəlqə reva görməmişəm,Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?Görürsüz mən nə ajanam, nə qazax, ay kişiler,Görməyir qondara hərgiz bu ayaq, ay kişiler,Salmışam lifəli şalvanma bağ, ay kişiler,Pantalon geyməmişəm, bığlanmı burmamışam,Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?Küfnmə hökm elədiz hansı günah ilə mənim?Cürmümü sabit edin bircə günah ilə mənim.Nə təlaq ilə işim var, nə nikah ilə mənim,Qızızı hazır edib məclisə, dindirməmişəm,Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?Mən filankəs deyiləm, siğəmə irad edəsən,“Get, kəbin kəsmə” deyə, üstümə fəryad edəsən,Yıxasan xəlqin evin, öz evin abad edəsen.Mən hələ hiç kəsin qəlbini smdırmamışam,Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?Ey əmu, çək qılıncın, eylə mürəbbayə hücum,Şirbirincə1, xamaya, həm qara dolmaya hücum,Bicahət eyləmə çox Möcüzi-şeydayə hücum.Mən məgər ildə beş-on yol sizi güldürməmişəm?Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?
Kitabxana.az · https://kitabxana.az/en/works/mocuz-size-men-neylemisem
Use ← → keys to move, R for a random poem
More by this author
Dəvədən öyrənib bizim bacılarBoynuna zəng asa beş-altı qatar.
BahalıqYaran, başuz sağ olsun, çay çox giran olubdur,Girvənkəsi otuz beş sahibqıran olubdur.
Boşla, gedəKişi, sənə deyirəm: hey filanı boşla, gedə!Vəfası yoxdu cahanın, cahanı boşla, gedə!
Bayram gəlirEylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,Yoxdu tila kisədə zad-mad alım külfətə.
Poems by other poets
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
چون تو از جانب شیراز به تبریز آییشکر آن نعمت را وام کنم گویایی
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,