Yaran, başuz sağ olsun, çay çox giran olubdur,Girvənkəsi otuz beş sahibqıran olubdur.

Ponzasını satırlar altı qırana qəndin,Kişmişlə dadı qaçmış ol çayi-dilpəsəndin.Rəngü-rüxü solubdur çaydani-dərdiməndin,Qənddani-binəvanın qəddi kaman olubdur.

Dad vermiri ağızda şiriniyi-cəvanmərg,Əndamı, təhri, təmi, hər zadı misli gerçək.Yox bir nəfər desin ki, bəsdir bu çaydan əl çək.Bain həmə qurumsaq İranda xan olubdur.

Dünyanı əhli-məğrib döndərdi Kərbalayə,Dəva bir az da sürsə başım keçər cidayə,Biçarə zərli fincan həsrət qalıbdı çayə,Əttövbə, tövbə, yaran, axir zəman olubdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets