Bu dünya mülkündə, qədim zamanda,Neçə-neçə nahaq qanlar olubdur.Vətəni uğrunda canından keçən,Babək kimi qəhrəmanlar olubdur.

Süleyman başına qoyan təki tac,Balıqdan dəryada istədi xərac,Pir olmuş, olmaz o padşaha möhtac,Neçə belə Süleymanlar olubdur.

İsgəndər at sürdü şimala-şərqə,Göz dağı çəkdirdi cənuba-qərbə,Beş arşın kəfənlə qoyuldu qəbrə,Bilal, belə çox xəqanlar olubdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death