Saqiya! Bir badə ver əbnayi-cümhuriyyətə,Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə.Sakit ol, ahəstə gəl, tünd əsmə, ey badi-səba,Qorxuram toz əyləşə simayi-cümhuriyyətə!Bir para nadan kişi "Başsız bədən olmaz" deyər,Bəs, demək vaqif deyil mənayi-cümhuriyyətə,Qurda verdi kəlləni çün kəlləsiz çobanımız,Ol cəhətdən düşmüşük sövdayi-cümhuriyyətə.Qaməti oldu xəmidə binəva iranlınınBəs ki, kürnuş eylədi ədayi cümhuriyyətə.Qibleyi-aləmlərə yüz il "Bəli, qurban!" dedik.Bir zaman da "hən" deyək ağayi-cümhuriyyətə.İstəsən qeydi-əsarətdən xilas olmaq əgər,Qoy qədəm Musa kimi dəryayi-cümhuriyyətə!Etdi əhya Yenki Dünya mürdəganin biltamam;Sən də yalvar, ey oğul, İsayi-cümhuriyyətə!Bir qarış yer yoxdu ləmyəzr Firəngistanidə,Eylə bir ətfi-nəzər səhrayi-cümhuriyyətə!Möhtəkirlər asitanin bus edən cühhalidir!Üz sürə aqil gərək tuğrayi-cümhuriyyətə.Qədri-zər Möcüz şünasəd, qədri gövhər-gövhəri,Olmaz hər kəs müştəri kalayi-cümhuriyyətə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets