Bacılar
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Qulaq verin, sizə var bir-iki sözüm, bacılar!Gedin, yazın, oxuyun, ey iki gözüm, bacılar!Əlimdə namə zibəs ki, dolanmışam kəndi,İki dizim gözü sızlar sızım-sızım, bacılar!Dadaşlar evdə deyil, mollalar gedib dərsə,Beş-altı gündü qalıb bağlı kağızım, bacılar!Gərək kağız yazana yalvaram mən hər həftə,Və dolduram cibinə bir çərək üzüm, bacılar!Evimə gəlsə, deyərlər dalımca bir para söz,Nə qaynanam, nə nənəm var, nə baldızım, bacılar!Boyumu görməz, eşitməz səsimi naməhrəm,Əgər yazam, oxuyam, kağızı özüm, bacılar!Necə deyim ona mən hər sözü belə yerdə?Utanıram, ölürəm, doğrudur sözüm, bacılar!Əgər deyəm: Yaz, uşaqlar qalıbdı tumançaq,Necə deyim bu sözü, tərlir arizim, bacılar!"Eşitmirəm səsüvi, gəl xanım, bir az irəli!"İtaət eyləməyim, neyləyim, quzum, bacılar?Gəhi əlim görünür, gəh bilək, gəhi biləzik,Gəhi çənəm, gəhi qaşım, gəhi gözüm, bacılar!Zibəs ki, təngə düşər qəlb, razıyam, buna ki,Gedim cəhənnəmə, əmma kağız yazım, bacılar!Oxur, yazır hamı millət xanımları, lakin,Əlif görəndə dirək zənn edir bizim bacılar.Nişan verin mənə, mən Möcüzə o mollanıKi, ta qafasını bu daş ilə əzim, bacılar!Olaydı kaş, oxudaydım bərəqmi axundan,Həzar heyf ki, yoxdur mənim qızım, bacılar!
Kitabxana.az · https://kitabxana.az/en/works/mocuz-bacilar
Use ← → keys to move, R for a random poem
More by this author
Xoşa səadətinə on ki, əhli cənnətdir,Ki, yəni sahibi cahü-cəlalü dövlətdir.
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Bədbəxt o kimsədir ki...Fəsli-bahardı keçir idim laləzaridən,Xoş sövt ilə oxurdu, eşitdim həzaridən.
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
Poems by other poets
Sən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın