Başına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu günGecə gündüz can u dildən sevdiyim,Qönçə güllərini dərmişəm bu gün

Səhərdən vardım o gözəl bağa,Bir tutu quşu gəlib qondu budağaMübarək qədəmin basdı otağa,Gizli sirrimi vermişəm bu gün

Dolanım başına düşüm ayağa,Bir canım var yara qurban sadağaƏlimdə piyalə qabaq qabağa,Yarımı yuxuda görmüşəm bu gün

Mahtabam yaman günüm keçildi,Dolandı saqilər badə içildiGözün aydın olsun bəxtim açıldı,Bir ali nəsəbi sevmişəm bu gün

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern