Ey zahidi-bizövq o məscid ki, sənin var,Olsaydı mənim, mən onu meyxanə edərdim.

Minbər yerinə bir neçə peymanə düzərdim,Mehrab içini mütrübə kaşanə edərdim.

Vaiz yerinə tar nəvazədə qoyardım,Taət yerinə cilvəyi-məstanə edərdim,

Rəqs eylərdim məscid ara səcdə yerinə,Eşq atəşinə özümü pərvanə edərdim.

Hər şamü səhər badəyi-gülgün içərdim,Nərdi əvəzi-səbhəyi-səddanə edərdim.

Yüz nəğmə ilə ğülğülə əflakə, salardım,Min tənə o dəm qarei-Quranə edərdim.

Yüz sən kimi cahilləri zahid belə yerdə,Bir sağəri-səhba ilə fərzanə edərdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Yusif xana məktub

Mirzə Yusif xana göndərilmiş məktubun surəti**Əzəmətli ağam, səadətiniz daimi olsun!

4 min
N.İ.Baranovskiyə

Qafqaz canişinliyi baş idarəsi departamenti müdiri N.İ.Baranovskiyə**Baş idarənin departamenti mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin raportu*

18691 min
Mirzə Yusif xana

Altı aya yaxındır ki, cənabınızdan məktub almamışam və sizə göndərdiyim iki nüsxə məktubum da indiyə qədər cavabsız qalır. Halbuki, onlara cavab yazmalı idiniz. Bilmirəm, mənə qarşı kəmiltifat olmuşsunuz, ya xeyr. Əgər kəmiltifat olmuşsunuzsa, səbəbini bildirin görüm, məndən nə günah baş vermişdir? Hər halda, əgər siz mənə qarşı min dəfə də kəmiltifat olsanız, mən sizə olan səmimiyyətimə və məhəbbətimə zərrə qədər də olsun xələl yetirməyəcəyəm. Çünki mən sizi nəcib xasiyyətli, idraklı, vəfalı dost, məhəbbət və pərəstişə layiq bir insan kimi tanımışam.Bilirəm ki, işiniz çoxdur. Lakin yenə də xahiş edirəm ki, mənim bu məktubuma qısaca da olsa, bir cavab yazasınız və eyni zamanda keçmişdə göndərdiyim iki məktubun sizə yetişməsi barədə də məlumat verəsiniz. O məktublardan birinin zərfi içərisində Süavi əfəndinin əlifbaya dair əqidəsi barədə yazdığım tənqidi də sizə göndərmişdim.

5 min
Münif əfəndiyə

Əziz qardaşım Münif əfəndi!**İstanbulda olduğum günlərdə sizin və əziz qardaşım Arif bəyin haqqımda göstərdiyiniz məhəbbət və mehribanlıq heç bir vəchlə yadımdan çıxmamışdır və elə bir gün olmur ki, sizin yaxşılığınızdan danışmayım. Lakin təəssüf ki, sonralar məsafənin uzaqlığı məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir.

4 min

Poems by other poets · Wine and the tavern