Qadir Allah, səndən budu diləyim,Pənahdarım, imdad eylə bu işə!Səndən başqa yoxdur mənim köməyim,Aman Allah, imdad eylə bu işə!

Bismillah elədim, girdim meydana,Ümidim bağladım Şahi-mərdana,Məcnun kimi məni qoyma divana,Aman Allah, imdad eylə bu işə!

Qurbani der: əslim qaradağlıdı,Yar üzündən ürək düyün-dağlıdı,Zülm eləyən vəzir, namərd oğludu,Aman Allah, imdad eylə bu işə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets