Ləblər mirvaridi, incidi dəndan,Al yanağı əlvan lala bu qızın.Gözüm düşcək könlüm pərvaz eyləyər,Zənəxdanda qoşa xala bu qızın.

Əlinə götürüb bir dolu badə,Nola məni yetirəydi muradə,Yolunda qoymuşam bədəndən cadə,Gəlmir payəndazı yola bu qızın.

Mənim sevdiyimin bir ismi Nigar,Canım fərağında, gözüm intizar.Dirili Qurbani aləm-aşikarİstəyir kuyində qala bu qızın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love