Ay ariflər, bu dünyanın üzündəTəzəcə açılan güllər sevinsin!Bir əyri çalmalı, xumar gözünün,Zülfünü dağıdan yellər sevinsin!

Gəlsin bahar fəsli, açılsın yazlar,Göllərə tökülsün ağ quba qazlar,Bəyzadə oğlanlar, xanzada qızlar,Yar ilə danışan dillər sevinsin!

Qurbaniyəm, mən sevərəm Narıncı,Yar-yar deyib oldum axır zarmcı,Almanı, heyvanı, narı, turuncu,Bu dördünü dərən əllər sevinsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love