Nəzakət vaxtında, xublar çağında,Gördüm yar yanağı sayalanıbdır.O qara saçların atıb gərdənə,Əbrişim telləri halqalanıbdır.

Tərlan gərək cığaları əsdirə,Ahu kimi dağı-daşı səsliyə,Altdan ağ geyinib, üstdən silsilə,Çarğatının ucu sırğalanıbdır.

Qurbaniyəm, dərdim etdim hekayət,Dərd əlindən edim kimə şikayət?Bir də etsəm o pərini ziyarət,Bu can yar yolunda cəfalanıbdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love