Kufə əhli bihəyalar şərmi, həyanı atdılar,Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar.Qazılara rüşvət verib, şəri batil etdilər,Bu divan ki, divan deyil, ədalət divan gərək.

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,Yer üzünə qülqülə düşdü ki, ta oldu səhər.Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər,Pirim girib ol niqabə, getməyəydi cavan gərək.

Gərək biçarə Qurbani, sən bu cəbrə dözəsən,Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən.Yaşın yetirdin əlliyə, indi üz tut yüzə sən,Əslimiz türabdəndir, məskənimiz kan gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice