Bu gün bir gözəlin seyrinə vardım,Tutubdu dəstində ağ lamə, Pərim!Bu gözəllik sana kimdən verildi?Ver əlinlə bir dəm ağ lamə, Pərim!

Doldurginən nargiləni, təzələ,Gül irəngim solub döndü xəzələ,Ağ nazik əlinlə qoysan məzarə,Onda da üstümdə ağlamə, Pərim!

Qurbani yar deyər oda, atəşə,Oxu vacibəti oda, atəşə,Cəbrail qərq oldu oda, atəşə,Dərs alıb olardan, ağlamə, Pərim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets